
Fələstinin Qəzzadakı hökuməti əl Aksa məscidinin və Qüdsdə yerləşən başqa müsəlman ziyarətgahlarının real təhlükədə olduğunu söyləyir.
Bu haqda mətbuata Fələstin hökumətinin Vəqflər naziri İsmayıl Razvan bildirib. Onun sözlərinə görə İsrail rejimi əl Aksanın ətrafında təxminən 100 sinaqoq tikmək niyyətindədir. Bundan başqa İsrail əl Aksa məscidinin giriş hissəsinə məhdudiyyət yaradan hündür binalar tikəcək. Daha sonra qeyd olunub ki, insanların gözləri qarşısında Qüdsün islam tarixi məhv olunaraq sistemli şəkildə yəhudiləşdirmə prosesi aparılır.