
BMT nin məruzəsinə görə 2007 ci ildən sonra 2013 cü ilin may ayı İraqda ən qanlı ay kimi tarixə düşüb. May ayında İraqda müxtəlif zorakılıq aktları və terror nəticəsində mindən çox insan həlak olmuş, iki mindən çox insan isə yaralanmışdır. Ölənlərin çoxu mülki vətəndaş olduğunu bildirən BMT nin Bağdaddakı səfiri ölkə rəhbərliyini qan tökülməsinin qarşısın almaq üçün tədbirlər görməyə cağırıb.