3 İyun, 2013
"Sünniyəm amma şiələrsiz dəyərim yoxdur ! "

"İraq sünni üləmaları" təşkilatının sədri Şeyx Xalid Molla sünnü və şiə məzhəbindən olan İraqın tanınmış şəxslərinin, o cümlədən üləma və məmurların qatıldığı cümə namazında İslami vəhdətin əhəmiyyətindən danışıb.Onun sözlərinə görə, milli və dini ixtilaflara təhrik edən addımlardan çəkinməli,  İraqda vəhdət yaradacaq və qan tökülməsinin qarşısını alacaq hər addıma dəstək vermək gərəkdir. Alim habelə terrorçu və təkfirçi qrupların fəaliyəytini pisləyib. Çıxışı zamanı o deyib: "Özüm sünnüyəm, lakin şiə qardaşlarım olmadan özümü qiymətsiz və dəyərsiz bilirəm".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1282.html