1 İyun, 2013
İslam düşmənlərini cay süfrəsinə dəvət etdilər

Xəbər verdiyimiz kimi ,Böyük Britaniyada zabitin ölümündən sonra islamofobiya kəskin artmaqdadır. Son toqquşmalar zamanı Londonda iki Afrika mənşəli müsəlman qətlə yetirilib.

İslamofobiyanın qarşısını almaq üçün İngiltərənin York şəhərində yerləşən məscidin imamı maraqlı təklif edib. İnsanların İslama qarşı olan fikirlərini yumuşaltması üçün o bütün xristian əhalini məscidə cay süfrəsinə dəvət edib.İmam xristianları qonaq cağıraraq onlara İslam haqqında biliklərini paylaşılacağını bildirdi.

York şəhərində yerıəşən kilsənin yepiskopu imamın bu cağırışını alqışla qarşılayıb. Yepiskop müsəlmanların yaxşı və xeyirxah insanlar olduğunu və ölkədə son günlər müsəlmanlara qarşı hücumların yalnış olduğunu bildirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1271.html