
Bu sözləri Tunisin ən böyük islami partiyalarından olan "Nahda"nın lideri Rəşid Qannuşi vəhabi-terrorçuların ünvanına səsləndirib.
"Bunların peyda olduqları hər yerdə xarabalıq, qan , fitnə olur."
Kəskin sözlərlə vəhabiləri tənqid edən Qannuşi bildirib ki: "Onlar İslam ümmətinə bəla ,müsibətdən başqa bir şey gətirməyiblər.
Ağlı əksikdirlər, kütdürlər və günümüzün xəvaricləridirlər. Onlara görə qeyri müsəlman xalqlar İslamı yalnış tanıyır."
Qeyd edək ki , son zamanlar ölkədə sələfi terrorçu qrupları sünnilərdən ibarət olan an Nahda partiyasını hədəfə alıb onları kəskin tənqid edib , islamdan çıxdıqları haqqında bəyanatlar yayırlar.