
Shiaonline saytının ərəb dilli versiyasının yaydığı məlumata əsasən, Səudiyyə Ərəbistanının məşhur iş adamı Abdullah Muhəmməd Unzi "Hizbullah" lideri Seyyid Həsən Nəsrullahın başına pul qoyub.
Xəbərə əsasən, Səudiyyə şahzadələrinin biri ilə dost olan iş adamı Hizbullah liderinin başına 10 milyon ABŞ dollar qoyub.
Abdullah Unzi bu bəyanatını Səudiyyədə yayımlanan verilişlərin birində deyib və elan edib ki, Nəsrullahın qatili şiə olsa belə, ona bu mükafatı verəcək.
Qeyd edək ki, Abduillah Unzi Suriyada vuruşan terrorçulara 30 milyon ABŞ dollar həcmində maliyyə yardımı göstərib.