28 May, 2013
Belçikada İslama həsr edilmiş genişmiqyaslı kampaniya başladı

Belçikanın məşhur "Belçikanın Progressiv Müsəlmanları" adlı ictimai təşkilatı İslam və müsəlmanların həyatıyla yaxından tanış olmaq imkanı yaradan genişmiqyaslı ictimai kampaniya təşkil ediblər. Bundan sonra istənilən şəxs qaynar xəttə zəng vuraraq İslam  və müsəlmanların həyat tərzi haqqında onları maraqlandıran hər bir sualla müraciət edə biləcəklər.
Rəsmi şüarı "Biz hər kəsi qarşılıqlı hörmət atmosferində və tabusuz dinləməyə hazırıq!" olan kampaniyaya istənilən şəxs Belçiakda icmalararası münasibətlərin və icmaların inkişafı üçün ideyalarını bölüşə bilər.
"Belçikanın Progressiv Müsəlmanları" təşkilatının prezidenti bildirib ki ""Londonda bu yaxınlardakı hadisələrin və
gənc belçika müsəlmanlarının radikallaşmasından qorxan belçika cəmiyyətinin qeyri-adi əndişəsinin fonunda biz
Qərbdə İslamın və müsəlmanların imicini yaxşılaşdırmağa qərar verdik. Bu gün Belçikanın müsəlman icması üçün
həmvətənlərinin qarşısında öz reputasiyasını saxlamaq çox əhəmiyyətlidir. Biz sülh və qarşılıqlı hörmət atmosferində yaşamalıyıq."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1255.html