28 May, 2013
Məscidi yandıranları azadlığa buraxdılar

Britaniyanın Qrimsbi şəhərinin polisi içərisində onlarla müsəlman olan məscidi yandıran iki gənci həbs edib.
Onlar ötən bazar günü müsəlmanların namaz qıldıqları vaxt "molotov kokteyilləri" ilə məscidə hücum edib məscidi yandırmaq istəyiblər.Məscid imamının və müsəlmanların səyi nəticəsində yanğın söndürülüb.
Lakin cinayət etdiklərinə baxmayaraq polis məscid yandıran iki gənci azadlığa buraxıb.
Xatırladaq ki, Londonda ekstremist tərəfindən törədilən Britaniya hərbçisinin qətlindən sonra ölkədə
islamafobiya , məscidlərə və müsəlmanlar hücum kəskin artıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1254.html