27 May, 2013
"Şiələr Məkkə və Mədinəyə buraxılmasın !"

Vəhabilərin esktremist müftilərindən sayılan əl Rabieyi özünün twitter sosial şəbəkəsində növbəti bəyanatlarından birini yazıb. Müftinin sözlərinə görə imanın əsaslarından biri şiələri müsəlman saymamaqdır. Onların getdiyi yol və yazdıqları kitablar qeyri islamidir. O həmçinin bildirib ki, Qurana görə qeyri müsəlmanların Məscidul hərəmə daxil olması qadağandır və bu dəlildir ki, şiələri Məkkəyə və Mədinəyə buraxılmasın. Əgər indi şiələr Məkkəyə Mədinəyə buraxılırsa bu siyasi bir addımdır , dinlə əlaqəsi yoxdur. Müftinin bəyanatına görə şiələri İslam məzhəbindən sayan alimlərdə müsəlman deyil.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1252.html