
Bu sözləri Tunisin ən böyük cümə məscidinin imamı Hüseyn əl Obeydi deyib. Əl Tunisiyyə informasiya agentliyinə verdiyi müsahibədə bildirib ki, şəriətə görə müsəlman ölkəsiylə müharibə etmək olmaz : "Hər kim Suriya dövlətiylə,xalqnan düşmənçilik edirsə bilsin ki, haram iş görür" Onun sözlərinə görə Suriyada vuruşmağa gedənlər savadsız və beyinləri yuyulmuş kütlədir. İki ildir Suriya ətrafında baş verən hadisələr görsədir ki, bu hadisələrdə hədəf müsəlmanları parçalamaq, dövlətləri zəiflətməkdir.