
"Russian Today" kanalının verdiyi xəbərə görə, son bir il ərzində müsəlmanlara qarşı amansız addımları ilə yadda qalan Myanma höküməti bu dəfə müsəlmanlara qarşı qanun qəbul edib.
Məlumata görə, Myanmada yaşayan müsəlmanlar maksimum 2 uşağa sahib ola bilərlər. Qanun Banqladeşlə həmsərhəd olan iki məntəqəyə şamil olacaq. Qanuna əsasən bu qanun əhəmin məntəqədə yaşayan buddistlərə şamil edilmir.
Qeyd edək ki, əhalisinin sayı 60 milyon olan Myanmada yaşayan müsəlmanlar ölkə əhalisinin 4%-i təşkil edir.