25 May, 2013
Britaniyada islamofobiya artıb

Britaniyanın kral polkunun əsgəri Li Riqbinin qətlindən sonra İngiltərədə islamofobiya on dəfə artıb. Müsəlman icmalarının qaynar xəttlərə 150 dən çox şikayət zəngləri daxil olub. Ayrı ayrı şəhərlərdə 9 dəfə müsəlman məscidlərinə hücum olub, cümə namazı zamanı məscidə “molotov kokteyli” atılıb.

Xristian və müsəlman icmalarının başçılarının birliyə cağırışına baxmayaraq vəziyyətdən sui istifadə etmək istəyən aşırı sağçılar müsəlmanlara hücum barədə cağırışları başlayıb. Bu gün Nyukasl şəhərində sabah isə Londonda müsəlmanlara qarşı kütləvi yürüş olacaq.

Qeyd edək ki, əsgərin ölümü ilə bağlı bir nəfər həbs olunub. Polisin verdiyi məlumata görə qətl dini zəmində baş verib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1247.html