
Cümə günü İraqda sünni və şiə müsəlmanlar başda alimlər olmaqla cümə namazı qılıblar.
Şiə Vəqf divanının sədri Şeyx Saleh Heyderinin sözlərinə görə namazın məqsədi İraqlı müsəlmanlar arasında heç bir ədavətin olmamasını, şiə və sünnilərn qardaş olmasını göstərmək idi.
Xatıraldaq ki, İraqın baş naziri Nuru əl-Maliki, məscidlərə təşkil edilən hücumları qınayıb, məzhəblər
arasında düşmənçilik yaradanlara cavab olaraq sünni və şiə iraqlıları birlikdə cümə namazı qılmasına çağırış etmişdir.