
Forbes jurnalı ənənəvi olaraq dünyanın ən nüfuzlu qadınlarının siyahısını tərtib edib. 27 ölkədən olan 100 qadının arasında 5 müsəlman qadın daxil edilib.
Bunlar İndoneziyanın keçmiş maliyyə naziri olmuş Şri Mulyani İndravati, BƏƏ nin xarici ticarət naziri Lyubna əl Qasimi, Nigeriyanın maliyyə naziri Okondjo İvella , Səudiyyə maliyyə şirkətinin rəhbəri Lübna Olaan ve Türkiyədən olan
Sabançı Holdingin rəhbəri Gülər Sabançıdır.
Qeyd edək ki, Forbes jurnalına görə dünyanın ən nüfuzlu qadını Almaniyanın kansleri Angela Merkel seçilib.