9 Aprel, 2024
Ramazan Bayramınız Mübarək

Azərbaycan xalqını və dünya müsəlmanlarını Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirik.

Hədisdə buyurulur: “Fitr bayramı günü möminləri səsləyərlər: “Ey möminlər! Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!”

Bu gün İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramıdır.On bir ayın sultanı Mübarək Ramazan ayı artıq sona çatdı. Bu bir ay müddətində müsəlmanlar adətən niyyət tutaraq  oruc tutur,namaz qılır, axşamlar isə iftar açaraq Allah qarşısında mənəvi borclarını yerinə yetirdilər.

Bir ay nəfslə mübarizədən sonra möminlər Fitr bayramında öz istəklərinə qələbə çaldıqlarını qeyd edirlər.Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur.

Həzrət Məhəmməd (s) buyurulur: “Fitr bayramı günü möminləri səsləyərlər: “Ey möminlər! Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!”

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12377.html