8 Aprel, 2024
Ramazan bayramının namaz vaxtı açıqlanıb

Azərbaycanda Ramazan bayramının namazı məscidlərdə aprelin 10-da qılınacaq.

Ahlibeyt.az-ın xəbərinə gğrə, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bəzi məscidlərdə namaz saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq:

“Azərbaycanın bütün məscidlərində bu cür qərar verilib. Məscidin imamları da gələn camaatına uyğun olaraq namaz vaxtlarını seçə bilərlər, yəni istərsə, 08:00, istərsə də 09:00”.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12374.html