12 Dekabr, 2023
Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.

Özbəkistanın paytaxtı Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.

Ahlibeyt.az-ın xəbərinə görə, Elm və Ali Təhsil Dövlət Agentliyinin "linkedin" sosial platforma səhifəsində bildirilir ki, 11-12 dekabr 2023-cü il tarixində Özbəkistanın paytaxtı Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik" adlı beynəlxalq elmi konfrans keçirilir.

Konfransın əsas məqsədi cədidlərin maarifçilik idealarının təhlili və müzakirəsi, habelə hərəkatın milli dövlətçiliyin inkişafına verdiyi töhfənin hüquqi və demokratik cəmiyyət quruculuğu baxımından nəzərdən keçirilməsidir.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digər nümayəndə heyəti iştirak edirlər. İki gün keçiriləcək elmi konfrans plenar iclas və panel müzakirələrlə işini davam etdirir.

Qeyd edək ki, 20-ci əsrin əvvəllərində Türküstanda baş qaldırmış cədidçilik hərəkatı Rusiya imperiyasında və Şərqdə yaşayan digər müsəlmanlar arasında geniş yayılmış mədəni-maarif islahatlarının tərkib hissəsi olub. Cədidçiliyin əsas ideyaları təhsili müasirləşdirmək, mədrəsələrdəki tədris üsullarından uzaqlaşmaq, yeni pedaqoji metodlardan və dünyəvi təhsildən istifadəyə çağırış idi.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12323.html