12 Dekabr, 2023
Milli Kitabxanada Ümummilli Liderin anım günü ilə bağlı virtual sərgi hazırlanıb

Bu gün Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyevin anım günü” adlı virtual sərgi hazırlanıb.

Ahlibeyt.az-ın xəbərinə görə, Millikitabxana-az-ın məlumatında bildirilib ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyev/index.htm linkindən istifadə edə bilər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12322.html