23 Noyabr, 2023
Memar Əcəminin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq

Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

Ahlibeyt.az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" hesabında paylaşım edilib.

Bildirilib ki, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

Qeyd edək ki, UNESCO çərçivəsində 2024-2025-ci illərdə türk ləhcələrinin məcmuəsi olan Mahmud Kaşğarinin "Divani Lüğət-it-Türk" əsərinin 950 illik yubileyi də qeyd olunacaq.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12310.html