1 Noyabr, 2023
Bu gündən QHT-lər üçün yenilik

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı yeniliyin tətbiqnə başlayıb.

Ahlibeyt.az xəbər verir ki, bu barədə Agentlikdən mətbuata verilən açıqlamada bildirilib.

Belə ki, bu gündən – 1 noyabrdan 2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı elektron qeydiyyat mərhələsinə start verilib.

Agentliyin qrant müsabiqələrinə müraciət edən QHT-lər öncə elektron sistemdə - //portal.ngogrant.az/ şəxsi kabinet yaratmalıdır:

Cəmi 1 dəfə qeydiyyatdan keçmək Agentliyin elan etdiyi bütün qrant müsabiqələrində iştirak imkanı deməkdir.

Elektron qeydiyyatdan keçmək üçün son tarix 1 dekabr 2023-cü ildir.

QHT-lər sistemdə şəxsi kabinet yaratdıqdan sonra 10 noyabr - 10 dekabr 2023-cü il tarixləri aralığında 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üzrə layihə təqdim edə bilər.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12291.html