6 Oktyabr, 2023
DİN: Qarabağın bütün rayonlarda maddi-mədəniyyət nümunələrinin mühafizəsi təmin edilir VİDEO

Azərbaycan Respublikasının Xocavənd rayonu Cütcü kəndində Amaras, Kəlbəcər rayonunun Vəngli kəndində Gəncəsər monastırları və Xankəndi şəhərində yerləşən 1 kafedral və 1 kilsə qorunur.

Ahlibeyt.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qarabağ iqtisadi rayonuna daxil olan bütün rayonlarda maddi-mədəniyyət nümunələrinin – abidələrin təhlükəsizliyi, mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir.


Qeyd edilən ərazidə abidələrin mühafizəsi fasiləsiz olaraq diqqətdə saxlanılır.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12277.html