
Əhalisi 5.6 min olan İngiltərənin Redstok şəhərinin yerli bələdiyyə şurası maraqlı qərar qəbul edib.
Qərara əsasən şəhərdə İngiltərə bayrağı qaldırılmayacaq . Yerli bələdiyyə şura üzvlərinin fikirlərinə görə üstündə Müqəddəs Georqun xaçı təsvir olunan bayraq müsəlmanların hissiyatına toxuna bilər.
İngiltərənin bir çox müsəlman cəmiyyətləri Redstok şəhər bələdiyyəsinin bu təşəbbüsünü birmənalı qarşılamayıblar. Cəmiyyətlərin fikirlərinə görə bayraq olduğu kimi dalğalanmalıdır və heç bir müsəlman bayrağa nifrət bəsləmir.