21 May, 2013
Obama Myanma hökumətinə çağırış etdi.

ABŞ prezidenti Barak Obama Vaşinqtonda Myanma prezidenti Teyn Seynlə görüşü zamanı Myanma müsəlmanlarına qarşı törədilən təqiblərə son qoyulmasını istədi.

Görüşdə Myanma prezidenti işsizliyin və siyasi islahatların keçirilməsi üçün ABŞ və Beynəlxalq təşkilatlardan kömək istədiyini dilə gətirdi.

Cavab olaraq isə Barak Obama islahatlarla yanaşı Myanmanın müsəlmanlara qarşı olan təqiblərə son qoyulmasını və günahsız əhaliyə qarşı edilən işgəncəyə son verilməsini istədi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1226.html