
Paytaxt Bakıda Qüdsün bərpa edilməsi üzrə beynəlxalq konfrans keçiriləcək. Tədbir iyunun 11-də baş tutacaq.
XİN-nin mətbuat katibi Elman Abdullayevin verdiyi məlumata görə buu beynəlxalq görüş İslam Əməkdaşlıq Təşkilatının Qüds barədə qəbul etdiyi qanunların gerçəkləşməsi istiqamətində keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat katibi həmçinin ölkənin Fələstinliləri himayə etməsinə işarə edərək bildirib ki, rəsmi Bakı həmişə Fələstin xalqının tərəfdarı olub və bu ölkənin UNESCO-ya üzvlüyünün qəbul edilməsi barədə istəyini dəstəkləyibdir.