26 Fevral, 2023
Ölkədəki bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb

Azərbaycandakı bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb.

Ahlibeyt/az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

“İctimaiyyətə Xocalı soyqırımının həqiqətləri çatdırılır. Həmçinin dini konfessiyalarla birlikdə dünya ictimaiyyətinə bəyanat da ünvanlamışıq. Dünyada Xocalı soyqırımının təkrarının olmaması üçün beynəlxalq təşkilatların diqqətinə həqiqətləri bir daha çatdırdıq. Dünya ictimaiyyəti bundan dərs götürəcək”, - deyən A.Paşazadə bunun kimi faciələrin bir daha baş verməyəcəyinə inamını ifadə edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12218.html