4 Fevral, 2023
"Yeniyetmənin imtahan həyəcanı (valideynlər üçün) mövzusunda vebinar keçiriləcək

Dövlət İmtahan Mərkəzinin (DİM) e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən "Yeniyetmənin imtahan həyəcanı (valideynlər üçün)" mövzusunda vebinar keçirilməsi nəzərdə tutulub.

Ahlibeyt.az-ın DİM-in mətbuat xidmətinə istinadən məlumatına görə, Vebinarda yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri, nəsillərarası fərq, imtahanda emosional vəziyyətə təsir edə biləcək faktorlar, imtahan öncəsi və sonrası valideyn tərəfindən düzgün dəstək formaları haqqında danışılacaq.

Görüş valideynlər üçün nəzərdə tutulub.

Vebinar 9 fevral saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək.

Vebinara qeydiyyat üçün keçid: https://e-psixoloq.az/#banner

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12214.html