20 May, 2013
İordaniya baş naziri şiə zəvvarlarının ölkəyə buraxılmasının əleyhinədir.

İordaniyanin baş naziri Abdullah Nasur  "Şiəliklə mübarizə xalq komiteti"nin üzvüdür.
Həmin komitə üzvləri İordaniyanın Kərk vilayətinin Mütə şəhərində yerləşən Cəfər Təyyarın qəbri şərifinin ziyərətinə gələn İrak və İran şiə zəvvarlarının qarşısının alınması tələbini irəli sürüblər. Onların sözlərinə görə, şiələr Suriyada müqəddəs məqbərələrin müdafisəinə gedir deyə, İordaniyaya da həmin niyyətlə gələ bilərlər.
Bu səbəblə baş nazir komitə üzvlərinə İraq və İran səfirləri ilə görüşməyi və onlara şiə zəvvarlarının Kərkə gəlməsinə ən azı 2 il müddətinə imkan verilməyəcəyini vəd  etdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1219.html