18 May, 2013
Ayatullah Muhsin Araki Yusuf Kardaviyə məktub yazdı.

Ümumdünya İslam Məzhəblərinin yaxınlaşması məclisinin birinci katibi Ayatullah Muhsin Araki Beynəlxalq müsəlman alimləri şurasının prezidenti Şeyx Yusuf Kardaviyə açıq məktub ünvanlayıb.
Məktubda Ayatullah Araki Kardavinin son zamanlar vahabi terroristlərinə göstərdiyi simpatiyanı tənqid edib.
Keçmişdə Kardavinin İslam məzhəbləri arasında birliyə, sülhə cağırdığını və ekrtemizmə qarşı olduğunu vurğulayan Araki onun yenidən öz keçmiş fikirlərinə dönməsini tövsiyyə edib.
Məktubda Araki Kardavinin prezidenti olduğu qurumnan sıx birləşib İslam aləmində məzhəblər arasında birliyi təmin etmək və İslam dünyasında mövcud problemlərdən çıxış yolu axtarmaq yolunda hazır olduqlarını deyib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1212.html