7 Noyabr, 2022
Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12112.html