1 Noyabr, 2022
“Instagram” kütləvi şəkildə profilləri bağlayır - SƏBƏB

İnstaqram böyük səhifələrin istifadəçi sayını kütləvi şəkildə azaldır.

Ahlibeyt.az-ın Bakupost-a istinadən məlumatına görə, İT mütəxəssisi, texnobloqer Fərid Pərdəşünas bildirib ki, "Instagram" kütləvi şəkildə profilləri bağlayır.

Artıq bir çox insan minlərlə izləyicisi olan səhifələrinin bağlandığını bildirir. Səbəb təhlükəsizlik yoxlanışıdır.

O, profili bağlananlara təcili şəkildə etiraz etməyi məsləhət görüb.

DownDetector-un məlumatına görə, problemlər GMT ilə 31 oktyabr saat 13:08-də başlayıb və bütün dünyada istifadəçilərə təsir edir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12090.html