17 May, 2013
Hicablı vəkil.

Türkiyənin Trabzon şəhərində 20 ilə yaxın vəkillik edən Ayşe Sula Köseoğlu Türkiyənin Dövlət Şurasının qəbul etdiyi qərardan sonra ilk dəfə hicablı vəkil olaraq məhkəməyə qatılıb. Bundan öncə vəkillərin geyim qanununa görə yalnız hakimin icazəsi olduqda iki dəfə məhkəmədə vəkil kimi qatılan Ayşe Sula tam olaraq məhkəmələrdə müvəkkilinin hüquqların qoruya bilmirdi.   Dövlət Şurasının vəkillər üçün geyim reqlamentinin ləğvindən sonra qatıldığı ilk məhkmədə müvəkkilin uğurlu müdafiə edərək məhkəmə prosesini udub.
Xatırladaq ki , bir müddət öncə Türkiyə tarixində ilk dəfə olaraq uzun məhkəmələrdən sonra başqa bir qadın vəkil Betül Aslan vəkillik lisenziyasına hicablı şəkil çəkdirmək icazəsi almışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1209.html