
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara dəyişikliklər təklif olunur. Dövlət tərəfindən də bu dəyişikliklərə münasibət müsbətdir”.
Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda təşkil etdiyi ictimai dinləmədə deputat, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev deyib.
O bildirib ki, Milli Məclis də QHT-lərdən digər qanunlarla bağlı təklifləri dinləməyə hazırdır.
İctimai dinləmədə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, “Qazilər haqqında” qanunun qəbuluna ehtiyac var”.
O bildirib ki, bu gün bədənində qəlpə olan qazilərə əlillik verilmir: “Qanunda bunu dəyişmək lazımdır. Qanunları qəbul edəndə qazi məsələsinə xüsusi diqqət etmək lazımdır. İsraildə əsgərliyə gedən oğlanları və qızları 3 il pulsuz oxudurlar. İsraildə yaralanan əsgərlərə isə ömrünün axırına kimi pensiya verirlər. Bu təcrübələr öyrənilməlidir. Qazilər bizim üçün şərəfdir. Qanun qəbul edəndə onları nəzərə almaq lazımdır”.