
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib.
Ahlibeyt.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün Soçidə Ermənistan Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüşü keçiriləcək. Üçtərəfli görüşdən əvvəl isə Putin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə ayrı-ayrılıqda görüşəcək.