
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda yeni tikilən və təmir olunan məscidlərin statistikasını açıqlayıb.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidənqurma işləri aparılıb.
O cümlədən, dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub.
Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla, ölkə ərazisində 1834 məscid mövcuddur, onlardan 135-i Bakı şəhərinin payına düşür.