
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rus bölməsi üçün “İnformatika” vəsaiti çap edilib.
Ahlibeyt.az-ın xəbərinə görə, DİM-dən verilən açıqlamada bildirilib ki, abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş vəsaitdə qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub.
Kitabda nəzəri materialla bərabər, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda isə yekunlaşdırıcı tapşırıqlar verilib.
Vəsaiti “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.