
Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır.
Ahlibeyt.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda qeyd olunub.
Bildirilib ki, Ermənistan tərəfindən basdırılmış minanın daha bir qurbanı, 26 yaşlı mülki şəxs Tərtər rayonunda minanın partlaması nəticəsində yaralanıb. “Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub. 2020-ci il müharibəsinin sonundan bəri mina qurbanlarının sayı 2️62 nəfərə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır”, - deyə paylaşımda qeyd edilib.
Another victim of #Armenia-planted landmine, 26-old civilian injured as a result of landmine explosion in the Tartar region. Unfortunately, both of his legs were amputated. Number of mine victims since the end of 2020-war reaches 2️⃣6️⃣2️⃣. Armenia’s impunity leads to new crimes! pic.twitter.com/ZaScRDnK7i