21 Oktyabr, 2022
Anadolu Universiteti ilə UNEC arasında “Erasmus+” proqramına əsaslanan tələbə və müəllimlərin mübadiləsi aparılacaq

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin Anadolu Universiteti arasında “Erasmus+” mübadilə proqramına əsaslanan müqavilə imzalanıb.

Ahlibeyt.az-ın xəbərinə görə, UNEC-in məlumatında bildirilib ki, tərəflər arasında əldə olunan razılığa əsasən, İqtisad Universitetinin 20 tələbə və 16 müəlliminin Anadolu Universitetində 2022/2027-ci illərdə mübadilədə iştirak etməsi nəzərdə tutulub.

Proqram çərçivəsində ilk olaraq tələbələrin təcrübə mübadiləsi həyata keçiriləcək. Müsabiqədən uğurla keçən tələbələr Anadolu Universitetində müxtəlif strukturlarda təqaüdlü təcrübədə iştirak edəcəklər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12044.html