16 May, 2013
Ayətullah Xamenei İrandakı seçkilərdən danışdı.

Dini lider İran xalqını bir aydan sonra Iranda baş tutacaq prezident seçkilində fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb. Ali dini lideri Ayətullah Seyid Əli Xamenei qarşıdan gələn prezident seçkilərilə bağlı xalqa müraciət edib. Dini lider iran xalqını dindar, inqilabçı və əzmli insana səs verməyə çağırıb. O, çıxışında belə deyib: “Öz hədəfinə çatmaq və düşməni məyus etmək üçün xalq seçkilərdə iştirak etməli və ən layiqli,imanlı namizədə səs verməlidir.
Seçdikləri şəxs möhkəm ruhiyyəyə malik olmalıdır ki, ölkənin şərəfini və tərəqqisini inkişaf etdirmək kimi ağır məsuliyyətli işi həyata keçirə bilsin.”
Ayətullah Xamenei çıxışının davamında qeyd edib ki,"baxmayaraq hələ seçkilərin tarixinə bir ay qalıb bu məsələ dünyanın diqqət mərkəzinə çevrilib və İranın düşmənləri hətta seçki qabağı prosesləri də diqqətlə incələyir.”
Dini lider qarşıdakı seçkilərin İran xalqı üçün növbəti imtahan olduğunu bəyan edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1203.html