18 Oktyabr, 2022
“Google”un əsas səhifəsində Azərbaycanın müstəqilliyinin bərpasına həsr olunmuş bildiriş yerləşdirilib

“Google” qlobal axtarış sisteminin əsas səhifəsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 illiyi münasibətilə bildiriş yerləşdirilib.

Ahlibeyt.az xəbər verir ki, bildirişdə yerləşdirilmiş hiper-fotonun üstünə klik edəndə Azərbaycanın Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumatlar olan saytlara keçid edilir.

Qeyd edək ki, “Google”-un əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə bu cür bildirişlərin yerləşdirilməsi ənənə halını alıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12028.html