18 Oktyabr, 2022
Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtina edib

ABŞ tərəfinin addımına baxmayaraq, Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan rəsmən imtina edib.

Ahlibeyt.azın məlumatına görə, bu barədə SalamNews FransPress-ə istinadən xəbər verir.

Bildirilib ki, Avstraliya əvvəlki Mühafizəkarlar hökumətinin verdiyi mübahisəli qərarı ləğv edərək, Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımayacağını açıqlayıb.

Dövlət katibi Penni Vonq açıqlamasında deyib: “Qüds İsrail və Fələstin xalqı arasında istənilən sülh danışıqlarının bir hissəsi kimi həll edilməli olan yekun status məsələsidir”

Avstraliyanın Təl-Əvivdəki səfiri XİN-ə çağırılıb və İsrail hökumətinin etirazı rəsmi Kanberranın nümayəndəsinə bildirilib.

Qeyd edək ki, ABŞ hökuməti Donald Tramp dövründə Qüdsü İsrailin paytaxtı, Suriyanın Colan Yüksəkliklərini də İsrailin ərazisi kimi tanıyıb. Bundan sonra bir sıra dövlətlər eyni addımı atıblar.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12026.html