
Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən Həzrət Zeynəbin (s.ə) hərəmində yeni zərihin açılışı olub.
Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, Həzrət Zeynəbin (s.ə) hərəmindəki yeni zərih Kərbəlada hazırlanıb və Dəməşqə aparılıb.
Son günlərdə bu zərih zəvvarların üzünə açıq elan edilib.
Bundan öncəki zərih 1955-ci ildə hazırlanmış və Həzrət Zeynəbin məzarı üzərində quraşdırılmışdı. Bu zərihi pakistanlı xeyriyyəçilər düzəltmiş, isfahanlı xeyriyyəçilər isə onun gümüş və qızılla bəzədilməsini öhdəsinə götürmüşdülər.