14 Oktyabr, 2022
MN: Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan

Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.


Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12008.html