14 Oktyabr, 2022
İraqın yeni prezidenti seçildi

 

İraq parlamenti Nümayəndələr Palatası Əbdül-Lətif Camal Rəşidi İraq Respublikasının prezidenti seçib.

 

Ahlibeyt.az xəbər verir ki, İraq Parlamenti media departamentinin açıqlamasına görə, İraq prezidentinin seçilməsi üçün (ikinci tur) səslərin sayılması prosesi başa çatıb və seçicilərin sayı 269 nəfər olub.

Əbdül Lətif Məhəmməd Camal Rəşid 162 səs çoxluğu ilə İraqın yeni prezidenti seçilib. Digər namizəd Bərham Salehə 99 səs verilib, etibarsız səslərin sayının 8 səs olduğu açıqlanıbi.

Qeyd edək ki, 1944-cü ildə İraqın Süleymaniyyə bölgəsində anadan olmuş yeni prezident Əbdül-Lətif Camal Rəşid ölkənin Su Ehtiyatları Nazirliyi və keçmiş prezident Cəlal Təlabaninin müşaviri vəzifələrində çalışıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12007.html