
Azərbaycan Dəmiryol İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Ahlibeyt.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, aksiya dəmiryolunun Baş Sumqayıt – Güzdək mənzilinin 23-cü kilometrində - Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş yaşıllaşdırma zolağında baş tutub.
“Azərbaycan Dəmir Yolları”nən kollektivi ümumilikdə 2000 ədəd zeytun ağacı əkib, abadlaşdırma işləri görüb. Əkilən ağaclar suvarılıb və aqrotexniki qulluq göstərilib.


