30 Sentyabr, 2022
Emin Əmrullayev: Bu il 300-dən artıq gənc xaricdə təhsil almaq imkanı əldə edib

Hazırda 28 min azərbaycanlı tələbə qardaş Türkiyədə təhsil alır.

Hazırda 28 min azərbaycanlı tələbə qardaş Türkiyədə təhsil alır.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən təhsil sərgisində çıxışı zamanı deyib.

Nazir bildirib ki, bütün sahələrdə olduğu kimi Türkiyə ilə təhsil sahəsində də əməkdaşlığımız inkişaf edir.

Azərbaycan üçün xaricdə təhsil məsələsinin hər zaman önəmli olduğunu qeyd edən nazir deyib: “Hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyevin dövründə xaricdə təhsil alaraq ölkəyə qayıdan gənclərimiz ölkəmizin gələcək uğurlarında əsas aktorlardan birinə çevrilib. Bu il 300-dən artıq gənc xaricdə təhsil almaq imkanı əldə edib”.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11961.html