30 Sentyabr, 2022
Overçuk: “Azərbaycan vətəndaşlarının Ermənistandan Naxçıvana getmək imkanı olacaq”

Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçməklə Naxçıvana getmək və geri qayıtmaq imkanı olacaq.

Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, bunu "Rossiyskaya qazeta"ya müsahibəsində Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin qurulması üzrə Üçtərəfli İşçi Qrupunun həmsədri Aleksey Overçuk deyib.

Rusiya Baş nazirinin müavini bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan sərhədinin hüquqi rejimi müəyyən edildikdən sonra mümkündür.

Onun sözlərinə görə, iki ildən az müddətdə çox əziyyətli iş görülüb:

"Nəticədə danışıqlarda iştirak edənlər marşrutlar haqqında təsəvvürə malikdirlər ki, onların həyata keçirilməsi regionun bloklanmasına gətirib çıxara bilər. Lakin yolların açılması və ya tikintisi, eləcə də bu yollarla hərəkət yalnız tərəflər arasında sərhədin hüquqi rejimini müəyyən etdikdən sonra mümkündür”, - Overçuk bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı bu prinsipin müəyyənləşdirilməsinə yanaşmaların əsasında duran prinsipin işlənib hazırlanması vacibdir.

O, həmçinin vurğulayıb ki, nəqliyyat əlaqələrinin açılması bütün tərəflər üçün mütləq müsbətdir:

"Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə getmək imkanı olacaq. Ermənistan isə nəhayət, vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən keçməklə nəqliyyat vasitələrini və yüklərini Rusiya, İran, Orta Asiya və geriyə sərbəst şəkildə hərəkət etmək imkanı əldə edə biləcək. Və bu, qarşılıqlı hərəkatdır, ticarət və insani əlaqələrin inkişafı, dediyim kimi, nəhayət, Cənubi Qafqaz regionunda uzunmüddətli yaraları sağaltmağa başlayacaq. Biz bunun baş verməsi üçün çalışırıq”.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11958.html