
27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Şuşada namaz qılınıb, dualar oxunub.
Ahlibeyt.az AzTv-yə istinadən xəbər verir ki, 27 Sentyabr - Anım Günündə Şuşanın Yuxarı Gövhər Ağa məscidində namaz qılınıb. Azərbaycanın bütövlüyü uğrunda canından keçən Vətən oğullarının ruhuna dualar oxunub.
Qeyd edək ki, 2020-ci ildə 27 sentyabr - 9 noyabr aralığında baş vermiş II Qarabağ müharibəsi zamanı Azərbaycanın 3 minə yaxın hərbçisi şəhid olub. Şuşa noyabrın 8-də işğaldan azad edilib.