14 May, 2013
Bu gün İmam Əliyyən-Nəqinın (ə) şəhadət günüdür.

Bu şəhadət münasibətilə başda Hz.Qaim(ə.f) olmaqla bütün Əhli-Beyt(ə) sevərlərə təsliyyət deyirik.

Onuncu İmamı – İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (ə), anası isə hörmətli Səmanə xanım olmuşdur. İmam Hadi (ə) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin iki yüz əlli dördüncü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1194.html