
Məhəmməd Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti günündə İraqın Nəcəf şəhərində yerləşən Həzrət Əlinin (ə) ziyarətgahına altı milyondan çox zəvvar gedib.
Ahlibeyt.az İmamali.net-ə istinadən istinadən xəbər verir ki, bu barədə Nəcəfdə İmam Əlinin (ə) Ziyarətgahı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəməri təqvimi ilə səfər ayının 28-də ( bu il 25 sentyabr) Həzrəti Məhəmməd Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti günündə Nəcəfə ziyarətə 6 milyondan şox zəvvar gəlib.
Qeyd edək ki, qəməri təqvimi ilə Səfər ayının son günləri İslam peyğəmbəri həzrəti Məhəmmədin (s), İmam Həsənin (ə) və İmam Rzanın (ə) şəhadətinə təsadüf edir, bir qism zəvvar bu günləri Nəcəfdə və ya Məşhədə ziyarət edirlər.