21 Sentyabr, 2022
Azərbaycanda "Tik-tok" sosial şəbəkəsinin bağlanması səbəbi açıqlanıb
Azərbaycanda "Tik-tok" sosial şəbəkəsinin bağlanması səbəbi

Bir müddət əvvəl Azərbaycan ərazisində "Tiktok"un bağlanmasının səbəbi açıqlanıb.

Ahlibeyt.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında bunun insanların təhlükəsizliyi və yanlış məlumatlar almaması üşün atıldığını qeyd edib:

"Tiktok"un özünün alqoritmi var ki, orada hansı videoya baxılsa, ona uyğun kontentləri cəmləyib qarşınıza çıxardır. Yönəltmələri doğru və yanlış istiqamətdə asan olur. Siz orada bir doğru məlumata baxsanız, düşmən ölkə tərəfindən 10 yanlış məlumat sizə yönəldilir və siz həmin iformasiya qurbanına çevrilirsiniz. Eyni addımı düşmən ölkə də atmışdı. "Tiktok" risk daşıdığı üçün bu formada addım atılıb".

Qeyd edək ki, cari ilin sentyabr ayının 14 dən etibarən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Tik-Tok sosial şəbəkəsinin fəaliyyəti Azərbaycan ərazisində müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11910.html